Azərbaycan çempionatında 81 komanda oynayacaq

Azərbaycan çempionatında 81 komanda oynayacaq
# 04 oktyabr 2013 11:00 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA ilə “Atena” Süd Məhsulları Şirkəti arasında əməkdaşlıq haqda müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, anlaşmaya əsasən süd məhsulları istehsalçısı U-12 Liqasının sponsoru olacaq. Rəsmi imzalama mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.


İlk dəfə keçiriləcək yarışın adı sponsorun adı ilə bağlı olacaq. Belə ki, 2013/14 mövsümündən startı veriləcək turnir “Atena U-12 Liqası” adlanacaq.

U-12 Liqasının yaradılmasına bu il avqustun 14-də keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclası qərar vermişdi.

“Atena U-12 Liqası”nın formatı da bəlli olub. 12 rayonda keçiriləcək çempionatda 81 komanda iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR