Balakən sakini Zaqatalada saxlanılıb

Balakən sakini Zaqatalada saxlanılıb
# 07 aprel 2014 10:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Balakən rayon sakini saxlanılıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaq təhvil edilməsi istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 1988-ci il təvəllüdlü, Zaqatala şəhəri F. Əmirov küçəsi ev 1 mənzil 42-də yaşayan Sabir Bəhram oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə Sabir Şirinovun üzərinə baxış zamanı 15,4 narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Sabir Şirinovunla aparılan ilkin istintaq zamanı məlum olub ki, o, narkotik vasitəni 1973-cü il təvəllüdlü, Balakən rayonu Qazma kənd sakini Mais Qarakişiyevdən alıb. Zaqatala RPŞ-ə çağırılan Mais Qarakişiyevin üzərinə baxış zamanı 15 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR