Hicran Hüseynova: “Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil”

Hicran Hüseynova: “Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil”
# 15 may 2014 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Gənc ailələrin yaranmasında valideynlərin böyük rolunun olduğunu deyən komitə sədri gənclərin ailə quran zaman valideynlərin təsiri altına düşdüklərini bildirib: “Nəticədə bu ailənin gələcəyi şübhə altında qalır. Böyük məsuliyyətlə qurulan ailələrin isə gələcəyi haqqında xoş düşünmək mümkündür. Həmin ailələrin gələcəyi gözəl olur”.

Komitə sədri deyib ki, bu gün gənc ailələr üçün böyük imkanlar yaradılıb, onların ev məsələləri və digər problemləri həll olunub: “Bu da təbii ki, inkişafın böyük nəticələridir. Elə insanlar var ki, bu işə məsuliyyətsiz yanaşırlar və nəticədə onların qurduğu ailə uzun sürmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR