Bakının Xətai və Sabunçu rayonlarında iki azyaşlı uşaq xilas olunub

Bakının Xətai və Sabunçu  rayonlarında iki azyaşlı uşaq xilas olunub
# 10 fevral 2014 19:35 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai və Sabunçu rayonlarında giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən nəzarətsiz vəziyyətdə aşkarlanan azyaşlı aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:54-də başa çatıb.

Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin giriş qapısının üzərindəki pəncərədən mənzilə daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən nəzarətsiz vəziyyətdə aşkarlanan azyaşlı aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:09-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR