Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Bakıda 13 gün əvvəl qətl hadisəsi törədən şəxsin həbs edilməsi bağlı birgə məlumat yayıb - VİDEO - YENİLƏNİB

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Bakıda 13 gün əvvəl qətl hadisəsi törədən şəxsin həbs edilməsi bağlı birgə məlumat yayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 03 mart 2014 11:39 (UTC +04:00)


Bakı. Fuad Cəfərov - APA. Bakıda 13 gün əvvəl qətl hadisəsi törədən şəxs həbs edilib.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilib.

Belə ki, fevralın 18-də Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunmuş, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 11.49

Bakı. Fuad Cəfərov - APA. Bakıda 2 həftə əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanı qətlində təqsirləndirilən 1983-cü il təvəllüdlü Elşən İsrafil oğlu Vəliədov saxlanılıb. Onun üzərində oldu silah aşkarlanıb.

Qeyd edək ki, hadisə fevralın 28-də Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1946-cı il təvəllüdlü Güllərə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər.

Hadisə barədə polisə ilk məlumatı G. Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn L. İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb.

Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR