Bakıda yol polisinin xidməti avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib - FOTOSESSİYA

Bakıda yol polisinin xidməti avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2014 07:47 (UTC +04:00)

Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin serjantı, 1987-ci il təvəllüdlü Elnur Dilqəm oğlu Məmmədovun idarə etdiyi 10-YP-374 dövlət nömrə nişanlı “BMW” markalı xidməti avtomobil və 1989-cu il təvəllüdlü Canpolad Fəxrəddin oğlu Otorodun idarə etdiyi 10-ZV-297 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobildə olan sərnişin Nəbi Şakir oğlu Əzizov hadisə yerində ölüb, C.Otorod isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR