Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb - VİDEO

Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 08:57 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin sərəncamına əsasən, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.

Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. “Rossiya seqodnya”nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda “RİA Novosti”nin yerləşdiyi bina kompleksi olacaq.

Prezidentin növbəti sərəncamı ilə Rossiya 1 telekanalının aparıcısı Dmitri Kiselyov “Rossiya Seqodnya" agentliyinin baş direktoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR