Azərbaycanda daha bir balıq istehsalçısının fəaliyyətinə qadağa qoyulub

Azərbaycanda daha bir balıq istehsalçısının fəaliyyətinə qadağa qoyulub
# 12 noyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi,7 ünvanında fəaliyyət göstərən «Karona» MMC-yə məxsus balıq emalı müəssisəsində dövlət nəzarəti aparılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, soyuq hisə verilmiş «Seven fish» nişanlı balıq məmulatları QOST 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur, soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur, istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur, müəssisədə sanitariya normaları pozulur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur.

Həmçinin, emal olunan məhsulların etiketdə saxlanma müddəti normativ sənədə uyğun göstərilməyib. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.

Aşkar olunmuş nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib, «Karona» MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR