AŞPA Daimi Komitəsi monitorinq proseduruna dəyişiklik edib

AŞPA Daimi Komitəsi monitorinq proseduruna dəyişiklik edib
# 31 may 2013 13:48 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyin müəllifi AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntdur.

Bundan sonra Monitorinq Komitəsi monitorinq, yaxud postmonitorinq dialoqu dövründə olan ölkələrlə bağlı üç ildən bir hesabat hazırlayacaq. Buna qədər monitorinq altında olan ölkələrlə bağlı hesabat iki ildən bir, postmonitorinq dialoqu aparılan ölkələrlə bağlı hesabat isə dörd ildən bir hazırlanırdı.

Digər dəyişikliyə əsasən, Monitorinq Komitəsi yeni monitorinqin başlaması və ya bərpa edilməsi ilə bağlı müraciətə iki il ərzində baxmalıdır. Bundan başqa Monitorinq Komitəsinə AŞ üzvü olan ölkələrdə demokratik institutların fəaliyyətinə dair hesabatlar hazırlamağa icazə veriləcək.

Xatırladaq ki, bu gün Avropa ,urasına daxil olan 47 ölkədən 10-u – Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Monteneqro, Rusiya, Serbiya və Ukrayna monitorinq altındadır. Bolqarıstan, Monako, Makedoniya və Türkiyə isə postmonitorinq dialoqu mərhələsində olan ölkələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR