Türkiyə səfiri: “Təəssüf ki, Ermənistanın dövlət ideologiyası 1915-ci ildə baş verən hadisələrin saxtalaşdırılması üzərində qurulub”

Türkiyə səfiri: “Təəssüf ki, Ermənistanın dövlət ideologiyası 1915-ci ildə baş verən hadisələrin saxtalaşdırılması üzərində qurulub”
# 20 sentyabr 2013 10:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” adlı beynəlxalq konfransdan sonra jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Səfir xatırladıb ki, Azərbaycanda 8 türk şəhidliyi və 16 türk məzarlığı mövcuddur: “Başqa bir ölkədə bu qədər türk şəhidliyi yoxdur. Biz türk şəhidlərinin Azərbaycanda və azərbaycanlı şəhidlərin Çanaqqalada göstərdiyi fədakarlıqları unutmamalıyıq. Gələcək nəsillərə əcdadlarımızın qəhrəmanlığı barədə həqiqətləri çatdırmalıyıq”.


İki ildən sonra ermənilərin uydurma soyqırımın 100 illiyini qeyd edəcəyinə toxunan səfir bildirib ki, Türkiyə Ermənistanın və onun diasporunun atacağı addımların qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək: “İki ildən sonra Türkiyə Çanaqqala savaşının 100 illiyini qeyd edəcək. Bu, uydurma deyil, həqiqətən baş verən hadisələrin ildönümüdür. Ermənilərin uydurma iddiaları əvvəllər də gündəmə gəlib və bu cür iddiaları gələcəkdə də gözləmək olar. Təəssüf ki, Ermənistanın dövlət ideologiyası 1915-ci ildə baş verən hadisələrin saxtalaşdırılması üzərində qurulub. Ümid edirəm ki, bütün tarixi hadisələr Azərbaycanın və Türkiyənin təklif etdiyi kimi arxiv materialları əsasında araşdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR