Dow Jones indeksi 0,4%, S&P 500 indeksi 0,6%, Nasdaq indeksi 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 indeksi 0,6%, Nasdaq indeksi 0,9% yüksəlib
# 14 fevral 2014 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 028 bəndədək, S&P 500 0,6% - 1 830 bəndədək, Nasdaq 0,9% - 4 241 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına “Goodyear Tire&Rubber”, “Cisco Systems”, “Whole Foods Market” kimi şirkətlərin hesabatları təsir edib.

Avropa fond bazarlarında fevralın 13-də FTSE 100 indeksi 0,2% - 6 659 bəndədək enib, Almaniya DAX-ı 0,6% - 9 597 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 313 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 306,30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3679 dollar (+0,5%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR