Azərbaycanın Özbəkistandakı səfirliyində "Dolu" filminin təqdimatı keçiriləcək

Azərbaycanın Özbəkistandakı səfirliyində "Dolu" filminin təqdimatı keçiriləcək
# 21 fevral 2014 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının davamı olaraq Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Dolu" filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuz və Özbəkistanın ziyalı ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Nazirlikdən bildiriblər ki, tədbir zamanı Mədəniyyət Mərkəzinin həyətində "Justice for Khojaly" klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş, güllərdən ibarət kompozisiya qurulacaq. Tədbirə gələnlər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin "Xocalıya ədalət" adlı sərgisində nümayiş olunan əsərləri və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilmiş Xocalı soyqırımı haqqında fotoşəkil və nəşrlərlə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR