Bakıda ana və iki övladının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda ana və iki övladının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 18 mart 2014 08:38 (UTC +04:00)

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rövşən Ədalət oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olmayan Mansur Əliyevin idarə etdiyi “VAZ 21-05” markalı avtomobilə çırpılıb.

Nəticədə “VAZ 2105”in sürücüsünün həyat yoldaşı 1982-ci il təvəllüdlü Xəyalə Əli qızı Əliyeva, övladları 9 yaşlı Murad və 7 yaşlı Münəvvər ağır bədən xəsarətləri ilə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR