İmişli. Əlibəy Zeynallı - APA. İmişli şəhərində fərdi yaşayış evi yanıb. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Hadisə bu gün saat 14:00 radələrində İmişli şəhəri Pənah Həsənov küçəsi,105 ünvanında yerləşən Famil Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Güclü alov evin dam örtüyündə başlayıb. Ailə üzvləri mətbəxdə nahar edərkən yanğından xəbər tutsalar da, qısa müddətdə güclənən alovun qarşısını ala bilməyiblər. Yanğın nəticəsində evin dam örtüyü və otaqlar içindəki əşyalarla birlikdə yanıb. Ev sahiblərinin sözünə görə, yanğın zamanı evdə olan pul və qızıl-zinət əşyaları da yanıb.
Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib, alov məhdudlaşdırılıb. Ümumi sahəsi 160 kv. metr olan evin 40 kv. metri, o cümlədən həyətdəki dam və yardımçı çardaq sahələri alovdan xilas edilib. Eyni zamanda, alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İmişlidə ev yanıb - VİDEO
25 mart 2014 15:48 (UTC +04:00)
Hadisə
Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb
22:28
15 iyun 2024
Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb
19:17
15 iyun 2024
Ahıl vətəndaşları aldadaraq 240 min dollar və 55 min manat ziyan vuran 14 nəfər saxlanılıb - VİDEO
17:24
15 iyun 2024
"Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək
16:07
15 iyun 2024