Rusiya Nazirlər Kabineti Xəzərin hidrometeorologiyası sahəsində Azərbaycan, İran və Qazaxıstanla imzalanmış əməkdaşlıq sazişini təsdiqləyib

Rusiya Nazirlər Kabineti Xəzərin hidrometeorologiyası sahəsində Azərbaycan, İran və Qazaxıstanla imzalanmış əməkdaşlıq sazişini təsdiqləyib
# 19 mart 2014 07:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiya Federasiyası Nazirlər Kabineti Azərbaycan, İran və Qazaxıstanla imzalanmış Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, sazişin reallaşdırması üçün Rusiya hidrometeorologiyası Xəzər dənizində 6 ədəd hidrometeoroloji stansiyaya, avtomatlaşdırılmış müşahidə stansiyasına, iki ədəd aeroloji stansiyaya, meteoroloji peyklərdən informasiyanın qəbulu stansiyalarına, həmçinin iki elmi ekspedisiya gəmisinə sahibdir.

Saziş layihəsi Xəzər dənizinin çirkləndirilməsinin monitorinqi üzrə Koordinasiya komitəsinin 27-28 noyabr 2013-cü il tarixlərində Aşqabadda keçmiş 18-ci sessiyasında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR