Rusiyanın BMT-dəki nümayəndəsi: “Viktor Yanukoviç Rusiya qoşunlarının Ukraynaya yeridilməsi üçün Vladimir Putinə müraciət edib”

Rusiyanın BMT-dəki nümayəndəsi: “Viktor Yanukoviç Rusiya qoşunlarının Ukraynaya yeridilməsi üçün Vladimir Putinə müraciət edib”
# 03 mart 2014 22:55 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının açıq iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Viktor Çurkin bildirib.

Yanukoviç müraciətində qeyd edib ki, Maydandakı hadisələr nəticəsində Ukrayna vətəndaş müharibəsi astanasındadır. Bununla əlaqədar o, sülhün, sabitliyin bərqərar olması və Ukrayna əhalisinin müdafiəsi üçün Rusiya Federasiyasının silahlı qüvvələrindən istifadə edilməsini V.Putindən xahiş edib.

Rusiyanın Ukraynadakı hərəkətlərini tam uyğun və legitim adlandıran V.Çurkin Təhlükəsizlik Şurasının üzvlərinə martın 1-də imzalanan sənədin surətini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR