Gəncədə AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib - FOTO

Gəncədə AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib - <span style="color: red;">FOTO
# 14 fevral 2014 14:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin səyyar iclası keçirilib.

APA-nın qərb bürosunun məlumatına görə, iclasda AMEA prezidenti Akif Əlizadə, vitse-prezidentlər İbrahim Quliyev, Tofiq Nağıyev, İsa Həbibbəyli, akademik Əhliman Əmiraslanov, AMEA-nın akademik katibi Rasim Əliquliyev və digər əməkdaşlar, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, universitetlərin rektorları və müəllimləri, elmi-tədqiqat institutlarının alimləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Səyyar iclasda AMEA-nın Gəncə Bölməsinin ötən ilki fəaliyyət müzakirə edilib. AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda müasir elmin inkişafından danışıb, Gəncə bölməsinin istiqamətləri haqqında məlumat verib.

Gəncə bölməsinin akademik katibi Fuad Əliyevin hesabat xarakterli çıxışı dinlənildikdən sonra görülən işlər qənaətbəxş hesab edilib, hesabat təsdiq olunub.

İclasda AMEA Gəncə bölməsinin nəzdində fəaliyyət göstərən institutların elmi-tədqiqat işlərinin planları, doktoranturaya qəbul və s. məsələlər də müzakirə edilib. Rəyasət Heyətinin üzvləri AMEA-nın Gəncə bölməsinin nəzdində yaradılan institutların əhəmiyyətindən danışıb, elmin inkişaf yollarından bəhs ediblər.

Qeyd edək ki, Gəncə Regional Elmi Mərkəzi Azərbaycan prezidentinin 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə AMEA-nın Gəncə bölməsi kimi təsis edilib və nəzdində 7 institut fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR