Poçt şöbələrində yeni monitorlar qurulacaq

Poçt şöbələrində yeni monitorlar qurulacaq
# 07 sentyabr 2013 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yaxın gələcəkdə Bakının mərkəzi poçt şöbələrində monitorlar quraşdırılacaq.

“Azərpoçt”dan “APA-Economics”ə verilən məlumata görə, bu monitorlar vasitəsilə müştərilər istədikləri xidmətlər barədə mükəmməl məlumatlar ala biləcək.

İnnovasiya texnologiyası kimi Avropa texnologiyasından istifadə edilərək əsasən mərkəzi poçt şöbələrində qurulacaq monitorlar gələcəkdə regionları da əhatə edəcək.

Qeyd edək ki, bundan əvvəl də bir çox poçt şöbələrində monitorlar qurulub, lakin onlar müasir tələblərə cavab verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR