Benyamin Netanyahu: “İsrail İranın nüvə silahına yiyələnməsinə icazə verməz”

Benyamin Netanyahu: “İsrail İranın nüvə silahına yiyələnməsinə icazə verməz”
# 04 mart 2014 18:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İsrail İranın nüvə silahına yiyələnməsinə icazə verməz”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşündə bildirib.

Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasına imkan verilməməlidir: “İsrail İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz. Buna mane olmağımız lazımdır. Biz İsrailin müdafiəsi naminə zəruri olan hər şeyi edərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR