Evindən 12 kiloqram tiryək tapılandan sonra qaçan Goranboy sakini tutulub - FOTO

Evindən 12 kiloqram tiryək tapılandan sonra qaçan Goranboy sakini tutulub - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 13:42 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Goranboyda mənzilində xeyli miqdarda narkotik vasitə olan tiryək aşkar edilən rayon sakini Qulu Mehdiyev Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, əməliyyatçılar Goranboyun Qarqucaq kənd sakini Q. Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və müxtəlif tərkibli dərman preparatları aşkar edilərək götürsələr də, ev sahibini yaxalamaq mümkün olmamışdı. Onun hadisə yerindən qaçdığı bildirilib.

Q. Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülürdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR