Xocalı soyqırımının qurbanları Braziliyida anılıb - FOTO

Xocalı soyqırımının qurbanları Braziliyida anılıb - <span style="color: red;">FOTO
# 27 fevral 2014 03:56 (UTC +04:00)

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Elnur Sultanov qonaqlara adıçəkilən kitabı təqdim edərək bu nəşrin Xocalı faciəsi qurbanlarına həsr olunduğunu və soyqırım dəhşətlərinin çox təsirli şəkildə oxucuya çatdırılması nöqteyi-nəzərindən dəyərli olduğunu qeyd edib. O, son 5 ildə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verərək artıq Braziliyada da müxtəlif tədbirlərin baş tutduğunu bildirib.

Xocalı faciəsinin acı gerçəkləri haqqında danışan səfir E.Sultanov Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb.

Sonra “Xocalı. 22 il. 10 hekayə, Bunlar gerçək ola bilərdi” adlı kitabda olan hekayələrdən biri səfirliyin əməkdaşı Səbuhi Kərimov tərəfindən səsləndirilib. Daha sonra, braziliyalı musiqiçi Bernardo Bittenkur Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş matəm musiqisi ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi haqqında Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib və qonaqlara Xocalı soyqırımı ilə bağlı materiallar paylanıb. Tədbirdə Braziliya parlamentinin üzvləri, bir neçə ölkənin səfirləri, diplomatik korpus, akademik-elmi dairələr və yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR