Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 35-ci iclasına qatılacaq

Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 35-ci iclasına qatılacaq
# 22 may 2014 11:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Mayın 23-də Kipr Respublikasının Nikosiya şəhərində Avropa Olimpiya Komitəsinin 35-ci Seminarı keçiriləcək.

Mayın 24-dək davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, Avropa Olimpiya Komitəsinin Prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun İcraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin Prezidentləri, Baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri (Şef de Missionlar) və digər nümayəndələr iştirak edir.

Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR