Düşənbə hava limanında 8 milyon dolların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb - VİDEO

Düşənbə hava limanında 8 milyon dolların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 25 dekabr 2013 12:25 (UTC +04:00)

Bakı – APA. Düşənbə hava limanında 8 milyon ABŞ dollarını qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmağa cəhd edən üç nəfər saxlanıb.

APA-nın “Ca-news” xəbər xidmətinə istinadən verdiyi məlumata görə, saxlananlarından biri, Rudaki rayon sakini, 1977-ci il təvəllüdlü Komilcon Əliyev Sankt-Peterburqa uçurmuş. Onun əl çantasında Rusiyaya qeyri-qanuni yolla aparılacaq pul tapılıb.

Gömrükçülərin məlumatına görə, pul Fayzalı Mirzoev adlı şəxsə məxsus olub. O, digər saxlanılan şəxs - Rusiya aviaşirkətlərinin birinin nümayəndəsi Erkincon Xakimov ilə cinayət əlaqəsinə girib. Xakimov vəzifəsindən sui-istifadə edərək, pulları sərhəddən keçirərək K. Əliyevə verib. Gömrük xidmətinin əməkdaşları K. Əliyevi təyyarədə yaxalayıblar. Faktla bağla “qaçaqmalçılıq” maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, keçən ilin iyununda Tacikistan gömrükçüləri 100 min ABŞ dolları miqdarında qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşını alıblar. Düşənbə beynəlxalq aeroportunda İstanbula uçan qadın 3,5 kg qızıl keçirməyə cəhd edərkən yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR