Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq - VİDEO

Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq - <span style="color: red;">VİDEO
# 15 fevral 2014 10:13 (UTC +04:00)

Arabir güclənən mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR