Bakıda Babək prospektindəki körpünün üstündə qəza baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda Babək prospektindəki körpünün üstündə qəza baş verib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 mart 2014 01:24 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nizami rayonu, Babək prospektindəki körpünün üstündə qəza baş verib. APA-nın xəbərinə görə, "99 DA 768" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "85 BT 852" nömrəli "BMW" toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra "Opel"in sürücüsü hadisə yerindən qaçıb. "BMW" də olan sərnişin Kamran Teymurovun APA-ya verdiyi məlumata görə, qəzanın səbəbkarı olan "OPEL" markalı avtomobilin sürücüsü sərxoş olub. Elə ona görə də hadisə yerindən qaçıb.

Qəzada iştirak edən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR