İranda Böyük Britaniya və İsrailə casusluqda günahlandırılan iki nəfər azadlıqdan məhrum edilib

İranda Böyük Britaniya və İsrailə casusluqda günahlandırılan iki nəfər azadlıqdan məhrum edilib
# 20 iyun 2014 07:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda Böyük Britaniya və İsrailə casusluqda günahlandırılan iki nəfər azadlıqdan məhrum edilib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Kirman vilayətinin prokuroru Yədulla Müvəhhid açıqlama verib.

Onun sözlərinə görə həmin şəxslər ötən ilin payızında həbs ediliblər: “Onların barəsində lazımi araşdırma, təhqiqat aparıldıqdan və dəlil toplanıldıqdan sonra hakim qarşısına çıxarılıblar. Onlardan birinə Böyük Britaniyanın Mİ6 kəşfiyyat təşkilatı ilə əməkdaşlıq etdiyinə görə 10 il həbs cəzası verilib. Həmin şəxs ölkə daxili və xaricində 11 dəfə ingilis agentlərlə əlaqə yaradıb, hər dəfə onların istədiyi məlumatları ötürüb”.

Y.Müvəhhid digər şəxsin isə İsrailin Tailand və Türkiyədəki səfirlikləri ilə bağlantısı olduğunu bildirib: “Ancaq onu hər hansı bir məlumat ötürmədən zərərsizləşdirmək mümkün olub. Məhkəmə həmin şəxsə 5 il həbs cəzası verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR