Timoşenko yaxın zamanda əməliyyat olunacaq

Timoşenko yaxın zamanda əməliyyat olunacaq
# 05 mart 2014 04:03 (UTC +04:00)

Bakı-APA. Ukraynanın müxalif “Batkivşina” partiyasının lideri, ölkənin keçmiş baş naziri Yuliya Timoşenko yaxın günlərdə əməliyyat olunacaq. APA-nın məlumatına görə, bu barədə “BBC” xəbər agentliyi məlumat yayıb.

“Mən əməliyyat olunmağa hazırlaşıram. Düşünürəm ki, əməliyyat 8-9 mart tarixində baş tutacaq. Yəni, demək olar ki, təcili əməliyyat olunmalıyam. Ümid edirəm, əməliyyatdan sonra hər şey qaydasına düşəcək”, deyə Timoşenko bildirib.

Əməliyyatın harada keçiriləcəyini “Batkivşina” partiyasının lideri açıqlamayıb.

Bundan əvvəl Timoşenkonun qızı Yevgeniya anasının təcili əməliyyata ehtiyacı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR