Yanukoviçin mətbuat xidməti və müxalifət barışığın əldə olunduğunu bəyan edib

Yanukoviçin mətbuat xidməti və müxalifət barışığın əldə olunduğunu bəyan edib
# 19 fevral 2014 23:52 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Yanukoviçin mətbuat xidməti məlumatı təsdiqləyib.

"Görüşün yekunlarına görə tərəflər barışığın əldə olunduğunu, eyni zamanda, ölkədə zorakılığa son qoyulması və vəziyyətin sabitləşməsinə nail olmaq məqsədi ilə danışıqlar prosesinin başlanmasını bəyan ediblər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Arseniy Yatsenyuk bildirib ki, tərəflər Ukraynadakı sosial-siyasi böhranın nizamlanması ətrafında danışıqlara başlamaq barədə qərar qəbul edib.

“Bu, pozitiv xəbərdir - Maydana hücum və meydanın təmizlənməsi planı ləğv edilib", - deyə Arseniy Yatsenyuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR