Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşları Elçin Həmidovun məzarını ziyarət ediblər - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşları Elçin Həmidovun məzarını ziyarət ediblər - <span style="color: red;">FOTO
# 02 iyul 2014 16:27 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup əməkdaşı aktyor Elçin Həmidovun doğum günündə onun məzarını ziyarət ediblər.

Teatrdan APA-ya verilən məlumata görə, teatrın truppa müdiri Vidadi Həsənov tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü bildirib: “Qrim otağının qarşısından keçəndə belə elə onun varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.

Əməkdar artist Nahidə Orucova, rejissor assistenti Elməddin Dadaşov və başqaları E. Həmidovla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, aktyor E. Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa aktyorun yaratdığı son obraz olub.

O, 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR