DSX Sahil Mühafizəsi Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçıları xilas edib

DSX Sahil Mühafizəsi Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçıları xilas edib
# 15 fevral 2013 14:24 (UTC +04:00)

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Ötən gün saat 10:30 radələrində DSX Sahil Mühafizəsinin Neftçala rayonundakı Dalğa kəndi ərazisində yerləşən sahil nəzarət məntəqəsinin xidməti sahəsində sərhəd naryadı sahildən 200 metr uzaqda balıqçı qayığında 2 nəfərin dalğaya düşərək batdığını müşahidə edib. Dənizdə batan balıqçılara kömək məqsədi ilə dərhal lazımi tədbirlər görülüb. Nəticədə balıqçılar – Neftçala rayon sakinləri Tural Ayazov və Şəmsəddin Ayazov xilas edilərək, batmış qayıqla birlikdə sahilə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR