Azərbaycan paytaxtına girişdə yeni avtomobil yol ötürücüsünün tikintisinə başlanılıb - FOTO

Azərbaycan paytaxtına girişdə yeni avtomobil yol ötürücüsünün tikintisinə başlanılıb - <span style="color: red;">FOTO
# 28 mart 2013 06:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 9-cu km-də (Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında) yeni avtomobil yol ötürücüsünün tikintisinə başlayıb. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, dəmir yolu ötürücüsünün yaxınlığında yerləşən mövcud üç aşırımlı avtomobil yol ötürücüsünün uzunluğu 105 metr, eni isə 15,3 metr təşkil edir: «Yeni yol ötürücüsü dörd aşırımlı olacaq. Əgər hazırda sözügedən yol 4 zolaqlıdırsa, tikinti işləri başa çatdıqdan sonra zolaqların sayı 6-ya çatacaq. Yeni avtomobil yol ötürücüsünün tikintisinin məqsədi burada yaranan avtomobil tıxaclarının qismən aradan qaldırılmasıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR