Bəxtiyar Əliyev: “Azərbaycanda müəllimlərin və alimlərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları olmalıdır”

Bəxtiyar Əliyev: “Azərbaycanda müəllimlərin və alimlərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları olmalıdır”
# 30 yanvar 2013 09:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda müəllimlərin və alimlərin sosial müdafiəsinə yönəlik dövlət proqramlarının qəbuluna böyük ehtiyac var”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev AMEA prezidenti Mahmud Kərimovun AMEA alimlərinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında dövlət proqramının hazırlanacağı haqqında açıqlamasına münasibət bildirərkən deyib.

B. Əliyev bildirib ki, Azərbaycanda belə dövlət proqramlarının qəbulu zəruridir: “Bəzən belə fikir yaranır ki, bu, sovet dövründən qalma düşüncə tərzidir, indi bazar iqtisadiyyatı əsasında formalaşan cəmiyyət var, hər şey bazar iqtisadiyyatı prinsiplərinə söykənməlidir. Deyirlər ki, elmi araşdırma aparılırsa, bunun nəticəsi olmalıdır və gəlir əldə edilməlidir və bu gəlirin bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə verilməlidir. Mən düşünürəm ki, qanunvericilik bazası möhkəmləndikdən sonra bu işlər belə qurulacaq. Azərbaycanda çoxlu sayda yerli və xarici şirkətlər var ki, onların böyük sifarişləri var. Və bu sifarişlər AMEA alimləri tərəfindən həyata keçirildiyi təqdirdə əldə olunan gəlirin bir hissəsi onların sosial müdafiəsinə yönəlməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR