İmtahan verən həkimlərin 60%-i uğurlu nəticə göstərib - YENİLƏNİB

İmtahan verən həkimlərin 60%-i uğurlu nəticə göstərib - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2013 13:45 (UTC +04:00)

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu gün imtahan verən həkimlərin 60%-i uğurlu nəticə göstərib. O bildirib ki, imtahanda 66 nəfər həkim uğur qazanıb, 44 nəfəri isə imtahandan kəsilib. Birinci mərhələsində uğur qazanan namizədlərin hər biri müsahibə mərhələsində iştirak edəcək. Həkimlərin işə qəbulu ilə bağlı nəticələr saat 14:00-dan Sertifikasiya Komissiyasında yerləşən monitorda asılıb. İşə qəbul olmaq istəyən namizədlər öz nəticələrini imtahan verdikləri Sertifikasiya Komissiyanın binasında yerləşən monitordan əldə edə bilərlər.

Qeyd edək ki, işə qəbul olmaq üçün 100 vakant yerə 150 nəfər sənəd verib. Bu gün keçirilən ilk imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 nəfər namizəd mübarizə aparıb. Digər namizədlər isə aprelin 2-də keçirilən imtahanda iştirak edəcək.

Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR