Liviyada “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası həyata keçirilib

Liviyada “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası həyata keçirilib
# 28 fevral 2013 08:05 (UTC +04:00)

Bakı - APA. Fevralın 18-22-də Liviyanın Ubari şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə İslam İnkişaf Bankı arasında strateji tərəfdaşlıq çərçivəsində 2012-ci ilin dekabrında Burkina Faso və Çadda həyata keçirilmiş “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının davamı olaraq növbəti humanitar aksiya təşkil olunub.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən aksiya ərzində ödənişsiz əsasda 1165 nəfər yerli əhali müayinədən keçib, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 200 nəfər isə katarakt cərrahiyyə əməliyyatları nəticəsində yenidən öz sağlamlığına qovuşub.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Liviyanın kütləvi informasiya vasitələrində işıqlandırılıb. AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən qeyd olunan kampaniyanın carı il ərzində daha səkkiz Afrika ölkəsində də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR