Ermənistan müxalifəti İrəvanın Azadlıq meydanında oturaq aksiyaya başlayıb

Ermənistan müxalifəti İrəvanın Azadlıq meydanında oturaq aksiyaya başlayıb
# 20 fevral 2013 17:03 (UTC +04:00)

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, R.Ovannisyan özünün “Facebook” səhifəsində tərəfdarlarını isti geyinməyə və mitinqçilərə qoşulmağa dəvət edib.

Rəsmi nəticələrə görə, fevralın 18-də keçirilən prezident seçkilərində ikinci yeri tutan “İrs” partiyasının lideri məğlubiyyətini etiraf etməkdən imtina edib və seçkilərin qalibi elan olunmuş hazırkı prezident Serj Sarkisyanı hakimiyyəti təhvil verməyə çağırıb. Bu gün saat 17:00-a qədər S.Sarkisyanla görüşmək niyyətini açıqlayan R.Ovannisyana prezidentin mətbuat katibi Armen Arzumanyan cavab verib: “Prezident Ovannisyanı onun üçün uyğun vaxtda qəbul etməyə hazırdır”. Buna cavab olaraq R.Ovannisyan S.Sarkisyanı Azadlıq meydanında gözlədiyini bildirib.

Qeyd edək ki, “İrs” partiyası bir neçə gün əvvəldən İrəvan meriyasına mitinqlərin keçirilməsi ilə bağlı müraciət edərək fevralın 20 və 22-də Azadlıq meydanında, 21-də isə Matenadaran meydanında aksiya keçirəcəyini bildirib. Maraqlıdır ki, R.Ovannisyan tərəfdarlarının boşaltmaq istəmədiyi Azadlıq meydanında sabah S.Sarkisyan tərəfdarları ilə birgə qələbə mitinqi keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR