Şuşa Dövlət Musiqili Dram Teatrı bölgələrə qastrol səfəri edəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı bölgələrə qastrol səfəri edəcək
# 29 aprel 2013 08:08 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı aprelin 30-da Yardımlıda qastrol səfərində olacaq.

Teatrın direktor müavini Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, teatr Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında eyniadlı musiqili ədəbi-bədii kompozisiya hazırlayıb.

Kompozisiyanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur. Rollarda əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova, Nazir Rüstəmov, Xanirə İsgəndərov, Etibar Cəfərov, Rasəf Mehdiyev və s. çıxış edəcək.

Teatr həmçinin mayın 1-də Şabran, mayın 2-də Xaçmaz rayonlarına səfər edəcək. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Nazir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, İqrar Salamov, aktyorlar Azad Məmmədov, Püstəxanım Zeynalova, Nazir Rüstəmov və Məmməd Məmmədov və başqaları çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR