«Bank Technique» bazara yeni depozit məhsulunu təqdim edib

«Bank Technique» bazara yeni depozit məhsulunu təqdim edib
# 04 mart 2013 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC 2012-ci ildə həyata keçirdiyi rebrendinqdən sonra müştərilərin tələblərinə cavab verən, fərqli məhsullar və innovativ xidmətlərlə bazara daxil olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank bu il yeni bank məhsullarını olan «Standart», «Yığım», «Unikal», «Tələbli», «Uşaq», «Şans» və «Xeyriyyəçi» depozit növlərini müştərilərinə təqdim edib.

Bu depozit növlərindən «Şans» depoziti üzrə «Şans Technique» adlı stimullaşdırıcı lotereyada da müştərilər şanslarını sınaya bilərlər. Lotereyanın şərtlərinə əsasən, «Şans» depozitinə 8 min manat və ya 10 min dollar vəsait yatıran hər bir əmanətçiyə lotereyada iştirak hüququ verən 1 kupon təqdim olunur. Qeyd edək ki, lotereyanın şanslı qalibi «Volkswagen Polo» markalı avtomobilin sahibi olacaq. Lotereya il ərzində, mütəmadi olaraq oynanıldığından, birinci tirajda qalib gəlməyən əmanətçilərin növbəti tirajlarda da qazanmaq şansları var.

«Bank Technique» son günlər müştərilərin ixtiyarına daha bir depozit məhsulu – «Multi-TEC» depozitini də təqdim edib. «Multi-TEC» multivalyutalı depozit növüdür. Belə ki, əmanətçi dəyişən məzənnələrə görə xarici valyutalarda saxladığı depozitlərinin aqibətindən narahatdırsa, pullarını «Multi-TEC» depozitində saxlaya bilər. Çünki bu depozit növündə sadəcə tək hesab nömrəsində həm manat, həm dollar, həm avro, həm də funt sterlinq valyutalarını birləşdirmək olar. Pulları «Multi-TEC» depozitində saxlayanda, valyuta mübadiləsinə də ehtiyac qalmayacaq. Hətta vəsaitləri depozitdən götürəndə belə, pulları istənilən valyutada götürmək olar.

Bu depozit növündə illik faiz dərəcəsi, müddətindən asılı olaraq, 5%-dən 12%-dək dəyişir. Faizlər aylıq və ya müddətin sonunda hesablanır və cari hesaba ödənilir. Depozitin müddəti 3 aydan 60 ayadək ola bilər. Amma depoziti istənilən vaxt götürmək imkanı da var. Hətta belə olan təqdirdə də, faizlərin hesablanması həyata keçirilir. Bu depozit növünü üçüncü şəxsin xeyrinə də açmaq olar. Beləliklə, pulları valyutalar üzrə bölüşdürüb, sonradan da onların mühasibatını aparmaqdansa, «Bank Technique»in təqdim etdiyi bu şansdan istifadə edərək, vəsaitləri tək bir hesabda, dörd valyutada birləşdirib, «Multi-TEC» depozitinə yatırmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR