DİN saxta pulların qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib

DİN saxta pulların qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib
# 30 aprel 2013 11:30 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda saxta pulların dövriyyəyə daxil edilməsinin qarşısını alıb.

Belə ki, Göyçay şəhərində anadan olan 54 yaşlı Elbrus Əliyevin saxta manat satması barədə Baş İdarənin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Elbrus Əliyev 23 min manat dəyərində saxta əsginasları 7 min ABŞ dollarına satarkən cinayət başında həbs edilib.

Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, saxta pulları yenicə tanış olduğu bir nəfərdən alıb və müştəri axtarmağa başlayıb. Elbrus Əliyev bir neçə gün əvvəl 2 min manat dəyərində saxta 100 manatlıq əsginasları 700 manata satıb.

Cinayətkar əməllərini davam etdirən Elbrus Əliyev tanışından əlavə olaraq 23 min manat dəyərində - 230 ədəd saxta 100 manatlıq saxta əsginas alaraq satmağı planlaşdırıb. Müştəri tapdıqdan sonra saxta manatları 7 min Amerika dollarına satmağı razılaşıb.

Faktla bağlı cinayət məcəlləsinin saxta pul əldə etmə və satma maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq pulların mənbəyini araşdırır.

Daxili İşlər Nazirliyi respublika vətəndaşlarına müraciət edərək onların diqqətinə çatdırır ki, alış veriş edərkən diqqətli olsunlar və saxta pul nümunələri ilə rastlaşdıqda polis orqanlarına məlumat versinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR