Bu il məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının qaydalarında dəyişiklik olmayacaq

Bu il məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının qaydalarında dəyişiklik olmayacaq
# 14 fevral 2013 13:32 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Bu il Azərbaycanın orta məktəblərində mərkəzləşmiş buraxılış imtahanları ötən ilki qaydalar əsasında keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib. Onun sözlərinə görə, hələ Nazirlər Kabineti tərəfindən buraxılış imtahanlarına dair yeni qaydalar təsdiq olunmayıb: “Layihə iki qurum - Təhsil Nazirliyi və TQDK arasında hazırlanır. Hələlik ortaq variant olmadığından biz ötən ilki qaydaları təsdiq etmişik”.


TQDK sədri deyib ki, bu il keçiriləcək buraxılış imtahanlarında da testlərlə yanaşı, yazı işləri də olacaq: “Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötən ilki qaydalara əsasən keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR