Ukrayna səfiri: “Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün daha məhsuldar olması üçün çalışırıq” - FOTOSESSİYA

Ukrayna səfiri: “Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün daha məhsuldar olması üçün çalışırıq” - <span style="color: red;">FOTOSESSİYA
# 03 aprel 2013 08:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “İyun ayında Bakıda Ukrayna mədəniyyət günləri keçiriləcək. Bu tədbir Ukrayna xarici işlər naziri Leonid Kojaranın Azərbaycana səfəri ilə də əlaqəli olacaq”. APA-nın xəbərinə görə, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin Krım Muxtar Respublikasının kurort və turizm naziri Aleksandr Liev və Azərbaycanın “SW Travel” turizm firmasının direktoru Şirzad Əfəndiyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu il Ukrayna-Azərbaycan Prezident Şurasının 4-cü iclası da keçiriləcək: “Hazırda keçirilən və keçiriləcək görüşlər ona yönəlib ki, prezidentlərin toplantısı daha məhsuldar olsun. Mədəni və dinamik hadisələrlə zəngin olacaq bir il gözləyirik”.

Qeyd edək ki, Krım nümayəndə heyəti Bakıda keçiriləcək turizm sərgisində iştirak etmək üçün Azərbaycana gəlib. Nümayəndə heyətinin tərkibində Ukraynanın “Eurovision 2013” müsabiqəsindəki təmsilçisi seçilən Zlata Oqneviç də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR