Azərbaycanda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının təsis toplantısı keçirilib

Azərbaycanda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının təsis toplantısı keçirilib
# 25 yanvar 2013 09:00 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantıda Azərbaycan, Türkiyə və Qırğızıstan Daxili Qoşunlarının və Jandarma Qüvvələrinin rəhbərləri iştirak ediblər.

APA-nın əldə etdiyi məlumata görə, tədbirdə iştirakı planlaşdırılsa da, Qazaxıstan və Monqolustanın müvafiq qurumlarının rəhbərləri toplantıya qatıla bilməyib.

Toplantıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması rəsmən elan edilib və müvafiq sənədlər imzalanıb. Təşkilatın baş qərargahı Türkiyənin Ankara şəhərində yerləşəcək.

Qeyd edək Ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması barədə niyyət protokolu 2011-ci ilin iyun ayında imzalanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR