Pakistanın COMSATS Universitetində “Xocalı Soyqırımı-BMT-yə ünvanlanmış suallar” adlı seminar keçirilib - FOTO

Pakistanın COMSATS Universitetində “Xocalı Soyqırımı-BMT-yə ünvanlanmış  suallar” adlı seminar keçirilib - <span style="color: red;">FOTO
# 25 fevral 2013 12:53 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə COMSATS Universiteti, həmçinin Pəncab əyalətinin digərali təhsil müəssisələrinin professor–müəllim və tələbə heyətləri iştirak ediblər.

Seminarın başlanğıcında Xocalı soyqırımını əks etdirən video çarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun tədbir iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Xocalı Soyqırımı haqqında məlumatlar verilib, Pakistanın bu məsələdə tutduğu mövqe, Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Fondunun Prezidenti Çoudri Naman Zəfər Dağlıq Qarabağ konfliktinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Professor Abdus Sattar öz çıxışında Müsəlman dünyasının üzləşdiyi problemlər, regional münaqişələr haqqında danışıb. O, Xocalı soyqırımının bir neçə ölkə parlamentləri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınsa belə, bütövlükdə dünya ictimaiyyətinin bu soyqırıma laqeyd yanaşdığını, bu hadisələrə lazımı hüquqi qiymət verilmədiyini vurğulayıb.

COMSATS Universitetinin Professoru Fuad Cavid öz çıxışında, Xocalı soyqırımı haqqında danışaraq, dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşilikləri orta əsir barbarlığı adlandırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR