Azərbaycanla Türkiyə arasında miqrasiya siyasəti üzrə imzalanacaq sazişin detalları müzakirə olunub

Azərbaycanla Türkiyə arasında miqrasiya siyasəti üzrə imzalanacaq sazişin detalları müzakirə olunub
# 28 noyabr 2012 21:59 (UTC +04:00)

Bakı-APA. Ankarada səfərdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çəliklə keçirdiyi görüşdə iki ölkə arasında miqrasiya siyasəti üzrə imzalanacaq sazişin detallarını müzakirə edib. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.

Rəhbərlik etdiyi xidmətin beşillik fəaliyyəti haqqında türkiyəli nazirə ətraflı məlumat verən F.Nəbiyev bildirib ki, miqrasiya məsələlərində qardaş ölkənin təcrübəsindən istifadə edilir. İmzalanacaq sazişə gəldikdə isə, Azərbaycan və Türkiyə vətəndaşlarının iki ölkənin ərazisində əmək fəaliyyətinə icazə verilməsi və müvəqqəti qeydiyyatı sahəsində vəziyyəti daha da yüngülləşdirmək üçün texniki heyətlərin işi davam edir. Bu detallar tamamlandıqdan sonra müvafiq saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR