Milli Məclisin nümayəndə heyəti Çinə gedib

Milli Məclisin nümayəndə heyəti Çinə gedib
# 23 fevral 2013 13:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çinə səfər edib. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin deputatları Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildir. Səfər müddətində Milli Məclisin deputatları Pekin şəhərində Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin rəhbəri, Sian və Şanxay şəhərlərində isə qurumun buradakı nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirəcəklər. Keçiriləcək görüşlərdə iki ölkə arasında qarşılıqlı münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyəti Şanxayda Ekspo və Şəhər Planlaşdırma sərgilərinə baxacaq, Triumf Beynəlxalq Mühəndislik şirkəti ilə tanış olacaq. Səfər martın 4-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR