Azərbaycan Memarlar İttifaqı və «Bresser Eurasia» şirkəti arasında anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycan Memarlar İttifaqı və «Bresser Eurasia» şirkəti arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 19 aprel 2013 14:37 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, sənədi Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və «Bresser Eurasia» şirkətinin rəhbəri Leon Sveyxers imzalayıblar. Xatırladaq ki, bu, AMİ-nin xarici şirkətlə imzaladığı ilk sənəddir.

Sənəd müxtəlif sahələrdə qarşılıqlı münasibətləri, xüsusilə Azərbaycan şəhərlərinin tikinti-bərpa potensialının artırılmasına dəstək, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq, mühəndis və inşaat sahəsində təcrübə mübadiləsi, həmçinin müxtəlif xarakterli birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

E.Qasımzadə bildirib ki, şirkət və ittifaq təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanması ilə yanaşı, yolların genişləndirilməsi və yeraltı parkinqlərin tikintisi sahəsində əməkdaşlıq edəcək.

AMİ-nin sədri qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycanda binaların yerinin dəyişdirilməsi davam edəcək. Onun sözlərinə görə, yolların genişləndirilməsi ilə əlaqədar hazırda Bakıdakı tarixi binaların 30%-nin yerinin dəyişdirilməsinə ehtiyac var. «Biz öz təcrübəmizi bölüşməyə hazırıq və Azərbaycanda qabaqcıl texnologiyamızı nümayiş etdirmək imkanına malik olduğumuz üçün şadıq», - deyə L.Sveyxers söyləyib.

Xatırladaq ki, «Bresser Eurasia» şirkəti Bakı şəhərinin Füzuli küçəsində yerləşən binanın relokasiyası (köçürülməsi) üzrə layihənin icraçısıdır. Texnoloji proses, binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə köçürülmə zamanı binanın yerdəyişməsini nəzərdə tutur. Binanın köçürülməsi bu qurğuların yerini dəyişməsi ilə mümkün olacaq. Şirkət bu sahədə 30 illik iş təcrübəsinə malikdir və onun tərəfindən köçürülən binaların sayı 35-dən artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR