Şabran rayonunda baş vermiş zəncirvari qəzada "PRADO" markalı avtomobil yanıb

Şabran rayonunda baş vermiş zəncirvari qəzada "PRADO" markalı avtomobil yanıb
# 01 may 2013 00:42 (UTC +04:00)

Bakı-APA. Şabran rayonunda 3 avtomobil toqquşub. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Gəndov kəndində (rayon mərkəzindən 9 km aralı) "PRADO" markalı minik avtomobili, "HUNDAY" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Qəza zamanı "PRADO" avtomobilində yanğın baş verib. Nəticədə "PRADO" markalı minik avtomobilinin yanar hissələri yanıb. Diqər avtomobillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəsarət alanlar barədə məlumat verilmir.

Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR