Azərbaycanda bütün şəhər, rayon kitabxanalarının veb-saytı yaradılıb

Azərbaycanda bütün şəhər, rayon kitabxanalarının veb-saytı yaradılıb
# 06 mart 2013 13:20 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq respublikanın bütün şəhər, rayon kitabxanalarının veb-saytı yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda bildirilir.

34 şəhər, rayon mərkəzi kitabxanasında elektron kataloqun yaradılmasına xidmət edən Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılıb. 2012-ci ildə ölkədə nəşriyyat işinin tənzimlənməsi sahəsində məqsədyönlü fəaliyyət davam etdirilib, müxtəlif sahələrə aid 70 adda kitab nəşr olunub və ölkə kitabxanalarına paylanılıb.

“Reklam mədəniyyəti-reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” I Bakı Beynəlxalq Elmi-praktik Konfransı və Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunub. Sərgidə 20-dən çox xarici və 100-ə yaxın yerli nəşriyyat və poliqrafiya müəssisəsi, 15 xarici ölkə və 35-dən çox yerli reklam, marketinq və turizm şirkəti, həmçinin xarici səfirlik təmsilçiləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR