İran “altılıqla” nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib

İran “altılıqla” nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib
# 26 aprel 2013 02:04 (UTC +04:00)

Bakı-APA. İran aprelin 25-də “altılıq” dövlətləri ilə nüvə danışıqlarını davam etməyə hazır olduğunu bildirib. Xatırladaq ki, Qazaxıstanda baş tutmuş son danışıqlarda “altılıq” dövlətlərini Avropa Birliyi diplomatiyasının rəhbəri Ketrin Eşton təmsil edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın rəsmi nümayəndəsi bildirib.

“Biz xanım Eştonun doktor Səid Cəliliyə (İran Milli Təhlükəsizlik Şurasının katibi) zəng etməsini gözləyirik, doktor Cəlili isə bu zəngə cavab verməyə hazırdır”, deyə Səid Cəlilinin müavini Əli Baqheri bəyan edib.

Xatırladaq ki, aprelin 4-6-da Almatıda İran və “altılıq” ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) nümayəndələri arasında İranın nüvə problemi üzrə danışıqlar aparılıb. Müzakirələrin növbəti raundu mayın 15-də Vyanada keçiriləcəyi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR