Ermənistanda keçirilən prezident seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı 13 cinayət işi açılıb

Ermənistanda keçirilən prezident seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı 13 cinayət işi açılıb
# 16 mart 2013 15:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş verən insidentlər və qanun pozuntuları ilə bağlı bu ölkənin Baş Prokurorluğu yanında yaradılan işçi qrupuna 252 məlumat daxil olub.

APA-nın «Panorama» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu məlumatların 13-ü ilə bağlı izahat verilib, 13 məlumat üzrə cinayət işi qaldırılıb, 3 məlumat hələ də araşdırılır, qalan 223 məlumat isə rədd edilib.

Xatırladaq ki, seçkilərin artıq I turunun yekunu olaraq Ermənistanın hazırkı dövlət başçısı Serj Sarkisyan səslərin 58,64% toplayaraq qalib elan olunub. İkinci yeri tutan «İrs» müxalifət partiyasının lideri Raffi Ovannisyan 36,74% səs yığaraq seçkilərin nəticələrini tanımadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR