İrakli Alasaniya: “Gürcüstanın Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlıq münasibətləri olduğunu gizlətmirik”

İrakli Alasaniya: “Gürcüstanın Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlıq münasibətləri olduğunu gizlətmirik”
# 02 aprel 2013 11:17 (UTC +04:00)

Bakı-APA. Gələn il keçiriləcək Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə Türkiyə və Azərbaycan da qoşula bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya məlumat verib. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi gələn il briqada səviyyəsində təlimlər keçirməyi planlaşdırır.

“Bununla əlaqədar biz ilk növbədə ABŞ tərəfi ilə danışıqlar aparırıq. Çox güman ki, bu təlimlərə region ölkələri də qoşulacaq. Təbii ki, biz bunu gizlətmirik, bizim Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlığımız var. Biz artıq üçtərəfli danışıqlar aparırıq, birgə qərargah təlimləri keçirmişik. Buna görə də güman edirik ki, əgər iştirakçıların coğrafiyası genişlənməli olsa, bu ilk növbədə Türkiyə və Azərbaycanın hesabına olacaq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR